SAYT TRAFİKİNİ VƏ SATIŞLARI ARTIRAN SEO XİDMETİ

SEO Xidmeti ilə Saytınızın Google Axtarışlarında 1-ci Çıxmasını Təmin Edirik

Biz brendlərin Google axtarışlarında ilk sırada çıxmasını təmin etmək üçün SEO xidmeti təklif edirik. Google axtarış motorunun qaydalarına uyğun, nəticə verən SEO həlləri ilə vebsayt trafikiniz ilə yanaşı, satışlarınızı və rəqabət gücünüzü də artırırıq.

SEO xidmeti üçün müraciət etməzdən əvvəl bilməlisiniz:

  • SEO xidmeti Google axtarışlarında ilk sıralarda görünməyən saytların yuxarı sıralara çıxardılmasını təmin edir.
  • SEO xidmeti ödənişli reklam xidməti deyil.
  • SEO xidmetleri üçün şirkətin veb saytı olmalıdır.
  • SEO xidmeti veb sayta gələn trafiki artırır.
  • SEO xidmeti satışları artırır.
  • Ödənişli reklamlardan fərqli olaraq SEO-da hər klik (ziyarətçi) üzrə ödəniş etmirsiniz.
  • SEO minimum 3-5 aylıq iş tələb edir. İlk aydan Google axtarışlarında 1-ci çıxmaq reallıqdan uzaq bir gözləntidir.
  • Saytın Google axtarışlarında ilk sıralarda çıxması üçün tək başına SEO yetərli deyil. Brend populyarlığı, əlavə trafik kanallarının olması, güclü backlinklərə sahib olmaq və ən əsası da SEO strategiyasının heç bir əlavə müdaxilə və əngəl olmadan mütəxəssislər tərəfindən tətbiq edilməsi SEO-da uğur üçün əsas faktorlardır.
DemoVision

(1 dəfəlik yoxlama paketi)

OptiVision
ProVision
VisionX

Niyə bizim SEO xidmeti?

İnteqrasiya olunmuş proses

Biz SEO strategiyamızı markanın hədəfləri, istəkləri və digər rəqəmsal marketinq fəaliyyətləri əsasında qururuq.

Detallı rəqib və bazar analizi

Biz bazarda rəqib və bazar analizini ən yaxşı formada icra edən şirkətik. SEO strategiyamızı da bu analizlər əsasında formalaşdırırıq.

Davamlı fikir mübadiləsi

SEO xidmeti zamanı müştərilərimizlə davamlı fikir mübadiləsi edərək prosesin şəffaf və əskiksiz həyata keçməsini təmin edirik.

SEO Xidmeti

AdVision olaraq göstərdiyimiz SEO xidmetinin keyfiyyətinə zəmanət veririk. Digər rəqəmsal marketinq agentliklərindən fərqli olaraq biz hər brend üçün xüsusi SEO strategiyası yaradaraq tətbiq edirik. SEO strategiyamızda yer alan hər bir addım isə öz xüsusi komandamız tərəfindən icra edilir.

SEO xidmetimiz zamanı:

  • SEO prosesi SEO üzrə 5 ildən artıq təcrübəyə malik mütəxəssislər tərəfindən idarə olunur.
  • Məzmunlar peşəkar məzmun yaradıcıları və kopirayterlər tərəfindən yaradılır.
  • Backlinklər isə yenə bizim tərəfimizdən müddətsiz şəkildə yaradılır.

Biz nə etmirik?

Biz ənənəvi SEO xidmeti yanaşmalarının bizneslər üçün heç bir fayda gətirmədiyinə inanırıq. Bu səbəbdən bizim SEO xidmetimizdə aşağıdakı xüsusiyyətləri tapa bilməzsiniz:

  • Vahid SEO yanaşması
  • Keyfiyyətsiz məzmunlar
  • Keyfiyyətsiz spam backlinklər
  • Qısa müddətli yüksəliş sonrasında alınan nəticələrin itirilməsi
  • Semrush, Ahrefs, Google Analytics və Google Search Console kimi alətlərdən alınan ekran görüntüləri ilə sadə, anlaşılmayan hesabatlar

Biz necə işləyirik?

Bilməli olduğunuz ən vacib məqam odur ki, AdVision olaraq müştərilərimiz üçün göstərdiyimiz əsas xidmətimz SEO xidmetidir. Biz SEO xidmetini A-dan Z-yə idarə edərək brendlərin Google axtarış nəticələrində öndə çıxmasına kömək edirik. 

Bizimlə əməkdaşlıq etmək istəyən potensial müştərilərimizi iş axışımız haqqında məlumatlandırmaq istəyirik.

Bizdən SEO xidmeti almaq istəyən brendlərlə ilkin növbədə görüş keçirdirik. Bu görüş istər onlayn, istərsə də oflayn formada ola bilər. Görüş zamanı ilkin tanışlıq baş tutur və məqsədlər, hədəflər, xidmətin əhatə dairəsi öyrənilir. 

Əgər SEO xidmətləri barədə razılıq əldə olunsa, bu mərhələdə artıq brend üçün xüsusi qovluq yaradılır və brend Trello və ya Meistertask proyekt idarəetməsi proqramları vasitəsilə öz qovluqu ilə tanış olur. Bu qovluqda aylıq plan, iş axışı və tasklar qeyd olunur.

İş prosesinin mükəmməl idarəolunması üçün həftəlik və aylıq hesabatlar təqdim olunur. Həftəlik hesabatlarımız sadəcə görülən işlərin xülasəsindən ibarət olur. Aylıq hesabatlarımız isə detallı olur və bu hesabatda marka SEO xidmətinin gedişatı barədə A-dan Z-yə məlumatlandırılır.

SEO xidməti prosesimizdə müştərilərlə davamlı əlaqədə olmaq və verilən taskların sürətli icrası üçün izləmə və geridönüşlər önəmli yer tutur.

Nə qazanacaqsınız?

Sayt trafikinin artımı

SEO xidməti ilə sayt trafikinizin artdığına şahid olacaqsınız. Qurduğumuz strategiya ilə saytınıza keyfiyyətli trafik çəkəcək və brendinizi hədəf kütlənizin qarşısına çıxardacağıq.

Axtarışda üst sıralarda olmaq

Bizim üçün sadəcə vebsayt trafikini artırmaq kifayət deyil. Biz hədəflədiyiniz açar sözlər üzrə markanızı Google axtarışlarında ilk sıralara çıxaracağıq. Əsas hədəfimiz isə ilk sıralarda müvəqqəti şəkildə qalmaq yox, orada yerimizi möhkəmləndirməkdir!

Satışların artımı

SEO xidmətimiz üçün ən vacib uğur göstəricisi satışların artmasıdır. Saytınıza qazandırdığımız keyfiyyətli trafikin satışa dönüşməsi üçün dönüşüm optimizasiyası addımları ataraq satışlarınızı artıracağıq.

seo xidmeti
seo xidmeti

Sizi anlayırıq

Bütün bunları bilirik və sizi anlayırıq. Bizim sizə bu qayğıların heç birini yaşamadan mükəmməl SEO xidməti təmin etməyə hazırıq.

SEO XİDMETİ SİZƏ MARAQLIDIR?

Gəlin söhbət edək!

SEO xidmeti nedir?

SEO xidmeti veb saytların Google axtarış nəticələrində ilk sıralara gətirilməsini təmin edən xidmətdir.

SEO xidmetleri qiymətləri xidmətin göstəriləcəyi sayta bağlı olaraq dəyişir. AdVision olaraq SEO xidmeti paketlərimiz 500 AZN-dən başlayır.

SEO xidmetinə başlamaq üçün veb sayta ehtiyacınız var. Veb saytın texniki optimallaşdırması üçün veb saytınıza texniki dəstək göstərən IT komandasının olması arzuolunandır.

Veb saytınızın vəziyyətindən asılı olmayaraq SEO xidmeti ala bilərsiniz.

SEO xidmətinin faydaları arasında veb sayt trafikinin və satışların artırılması, hədəf açar sözlərdə yüksək sıralamalar əldə etmək və brendinqin gücləndirilməsi yer alır.