On-page SEO (Səhifə-daxili SEO)

Səhifə-daxili SEO saytınızda mövcud olan bütün səhifələrin axtarış motorlarının kriteriyalarına uyğun formada optimallaşdırılmasını ifadə edir. Saytdakı səhifələrin hədəflənən açar sözlər üzrə optimallaşdırması, səhifə-daxili SEO optimallaşdırmanın böyük bir hissəsidir. Açar söz araşdırması, məzmun yaradılması, URL strukturunun yaxşılaşdırılması, rəqib analizi və daha bir çox addım səhifə-daxili SEO prosesinin parçasıdır.

Əgər saytınız Google axtarışlarında çıxmırsa, bunun əsas səbəbi səhifə-daxili SEO optimallaşdırmanın edilməməsidir. Saytın Google axtarışlarında görünməsi üçün düzgün səhifə-daxili SEO strategiyasının yaradılması və tətbiq edilməsi vacibdir.

AdVision olaraq biz saytların SEO yönümlü optimizasiyasını təmin edirik. Bu sayədə saytların istifadəçi təcrübəsini yaxşılaşdırır, saytı SEO kriteriyalarına uyğun hala gətirir və Google axtarışlarında ilk sıralara gətiririk.

texniki seo

Səhifə-daxili SEO Necə Edilir?

Səhifə-daxili SEO optimallaşdırma zamanı biz aşağıdakı təkmilləşdirmələri həyata keçiririk:

  1. İstifadəçi və SEO yönümlü məzmunların yaradılması.
  2. Səhifələrin SEO-ya uyğun formada optimallaşdırılması.
  3. Açar söz analizi.
  4. Rəqib və bazar analizi.
  5. URL strukturunun yaxşılaşdırılması.
  6. Meta məlumatların optimallaşdırılması.
  7. Daxili linkləmə strukturunun qurulması.
  8. e-Commerce saytlarda kateqoriya və məhsul səhifələrinin optimallaşdırılması.
  9. Şəkillərin optimallaşdırlması.
  10. “Crawl” büdcəsinin optimallaşdırılması.

Hər bir təkmilləşdirmə haqqında məlumat almaq üçün oxumağa davam edin.

Məzmunların yaradılması

Veb saytın əlaqəli açar sözlərdə hədəf kütlənin qarşısına çıxa bilməsi üçün keyfiyyətli məzmunların yaradılması vacibdir. Biz SEO və istifadəçi yönümlü məzmunlar yaradaraq sayt trafikini artırırıq.

SEO yönümlü optimallaşdırma

Səhifələrin SEO yönümlü optimallaşdırması, səhifə-daxili SEO üçün vacibdir. Biz saytınızdakı bütün səhifələri müəyyən açar sözlər üzrə hədəfləyərək optimallaşdırırıq.

Açar söz analizi

Açar söz analizi, veb saytınızda hansı açar sözlərin hədəflənməli olduğunu müəyyən etmək üçün vacibdir. Biz sektorunuzla əlaqəli və ən çox axtarılan açar sözləri taparaq saytınızı bu açar sözlər üzrə optimallaşdırırıq.

Rəqib və bazar analizi

Rəqib və bazar analizi ümumi SEO prosesləri üçün çox vacibdir. Biz rəqibləri və bazarı analiz edərək səhifə-daxili SEO optimallaşdırma prosesində nələrə fokuslana biləcəyimizi öyrənirik.

URL strukturunun yaxşılaşdırılması

SEO-ya uyğun URL strukturu, saytın axtarış nəticələrindəki mövqeyinə ciddi təsir göstərir. Biz saytınızın URL strukturunu SEO kriteriyalarına uyğun hala gətirərək ümumi SEO performansını yaxşılaşdırırıq.

Meta məlumatların optimallaşdırılması

Düzgün meta məlumatlar saytın axtarış nəticələrindəki sıralamasına təsir edə biləcəyi kimi, istifadəçilərin diqqətini çəkməyə də kömək edir. Saytınızdakı hər bir səhifənin meta məlumatlarını optimallaşdırırıq.

Daxili linkləmə strukturunun yaxşılaşdırılması

Səhifələr arası keçidlərin düzgün formada verilməsi, saytın Google botları tərəfindən daha asan crawl (tarama) edilməsini təmin edir. Biz daxili linkləmə strukturunu yaxşılaşdıraraq saytın ümumi SEO performansını yaxşılaşdırırıq.

Daxili linkləmə strukturunun yaxşılaşdırılması

Səhifələr arası keçidlərin düzgün formada verilməsi, saytın Google botları tərəfindən daha asan crawl (tarama) edilməsini təmin edir. Biz daxili linkləmə strukturunu yaxşılaşdıraraq saytın ümumi SEO performansını yaxşılaşdırırıq.

Şəkillərin optimallaşdırılması

Sayt daxilində şəkillərin SEO-ya uyğun formada istifadəsi, saytın axtarış nəticələrindəki performansına təsir edir. Biz saytınızda şəkillərin SEO-ya uyğun formada istifadəsini təmin edirik.

“Crawl” büdcəsinin optimallaşdırılması

Google axtarış motoru üçün crawl (tarama) büdcəsinin doğru istifadəsi, saytın SEO-suna təsir edən əsas faktorlardan biridir. Biz saytınızın crawl büdcəsinin optimallaşdırmasını təmin edirik.

On-page SEO (Səhifə-daxili SEO) Üçün Müraciət Edin

Səhifə-daxili SEO bir veb saytın Google axtarışlarında ilk sıralarda görünə bilməsi üçün çox vacibdir. Doğru səhifə-daxili SEO planlaşdırması, strategiya və tətbiq ilə saytınızın ilk sıralarda görünməsi mümkündür.

Xidmətlərimizdən faydalanaraq veb saytınızın Google axtarışlarında ilk sırada görünməsini təmin edə bilərsiniz. Bu sayədə biznesinizin daha çox insanın qarşısına çıxması və satışlarınızın artması mümkündür.

Mobil: +994 51 797 78 58

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir