SEO Audit
SEO audit veb saytın texniki, səhifə daxili və səhifə xarici aspektlərinin SEO yönümlü auditini əhatə edir. SEO audit saytın axtarışda ilk sıralarda görünməsinə mane olan xətaları tapmaq üçün olduqca vacibdir. SEO audit hər nə qədər ümumi SEO prosesinin bir parçası olsa da, KOLAB olaraq biz arzu edən müştərilərimizə audit xidmətini ümumi SEO-dan ayrı bir şəkildə təqdim edə bilirik. Bu sayədə müştərilərimiz saytlarında mövcud olan SEO xətaları haqqında məlumat sahibi ola bilir və bu xətaları daha sonradan aradan qaldıra bilərlər.
Saytınızın Google axtarışlarında istədiyiniz sıralarda görünmədiyindən şikayətlənirsinizsə, bu o deməkdir ki, SEO optimallaşdırma işlərinə başlamaq lazımdır. Saytınızın həqiqətən SEO-ya ehtiyacı olub olmadığını və ya nə qədər ehtiyacı olduğunu öyrənmək istəyirsinizsə, SEO audit sizə axtardığınız cavabları verəcək.

SEO audit prosesi:
SEO audit prosesi zamanı biz saytın bütün aspektlərini bütün dərinliyi ilə incələyirik. SEO audit zamanı fokuslandığımız məqamlar:
- Sayt daxilindəki məzmunların SEO uyğunluğunun təhlili.
- URL strukturunun analizi.
- Sayt daxilindəki texniki xətaların aşkarlanması və tapşırıqların yazılması.
- Backlink auditi.
- Detallı rəqib analizi.
- Açar söz analizi və açar söz hədəfləmələrinin düzgünlüyünün təhlili.
- Meta məlumatların analizi və doğru meta məlumatların yazılması.
- Schema əlavəetmələrinin analizi.
- Yönləndirmələrin analizi.
- “Crawl” büdcəsinin istifadəsi ilə bağlı analizlər.
- Daxili linkləmə strukturunun analizi və doğru daxili linkləmə strategiyasının yazılması.
- UX/UI analizi və istifadəçi təcrübəsini artırmaq üçün tövsiyyələrin yazılması.
- Satış yönümlü SEO tövsiyyələrinin verilməsi.
SEO audit prosesinin hər bir mərhələsində biz təkmilləşdirmələrlə bağlı tövsiyyələrimizi veririk.
Saytınızın SEO auditi üçün bizə müraciət edin!
Bugünə qədər yerli və xarici bir çox markanın SEO auditini həyata keçirmişik. Bu auditlər nəticəsində markalar saytlarındakı səhvlər haqqında məlumat sahibi olaraq tövsiyyələrimizi həyata keçirib və SEO-da uğur qazanıblar. Siz də saytınızın SEO auditi üçün bizə müraciət edə bilərsiniz.
Mobil: +994 51 797 78 58