SEO nədir?

seo nedir

SEO nədir deyə maraqlanmısınız?

SEO (axtarış motoru optimizasiyası) veb saytın Google, Yandex, Yahoo, Bing kimi axtarış motorlarında üst sıralarda görünməsini təmin edir. SEO veb saytın axtarış motorlarının qayda-qanunlarına, istifadəçilərin maraqlarına əsasən optimizasiyası ilə həyata keçirdilir. 

SEO üç əsas istiqamətdən ibarətdir:

  1. On-page SEO (Səhifə-daxili optimizasiya): Səhifə-daxili SEO, veb səhifənin içərisindəki elementlərin optimizasiyası ilə bağlıdır. Məzmunların keyfiyyəti, başlıq (title) və təsvir (meta description) etiketlərinin istifadəsi, açar sözlərdən istifadə, daxili linkləələr və səhifə sürəti kimi faktorlar səhifə-daxili SEO üçün vacib elementlər arasındadır.
  2. Off-page SEO (Səhifə-xarici optimizasiya): Veb səhifəyə xarici mənbələrdən edilən istinadların (backlinklərin) artırılması səhifə-xarici SEO optimizasiyasında böyük rol oynayan bir faktordur.
  3. Texniki SEO: Səhifələrin axtarış motorları tərəfindən asanlıqla taranması, səhifə sürətinin artırılması, saytın mobil istifadəyə uyğunluğunun təmini, URL strukturunun yaşxılaşdırılması, sayt xəritəsinin (sitemap) düzgün yaradılması kimi məsələlər texniki SEO-nun bir hissəsidir.

SEO-nun düzgün həyata keçirilməsi sayta daha çox ziyarətçi gətirir, markanın tanınmasını artırır və nəticədə satışları artırır.

SEO haqqında daha detallı məlumatı Google tərəfindən yayımlanan SEO Başlanğıc Bələdçisi yazısından əldə edə bilərsiniz.

SEO-nun faydaları nələrdir?

SEO haqqında danışmazdan əvvəl SEO-nun faydaları haqqında danışaq.

SEO bir brendə əsasən 5 istiqamətdə fayda verir:

  • SEO veb saytınıza gələn təbii trafiki artırır
  • SEO veb saytınızın Google axtarışlarında ilk sıralarda yer almasını təmin edir
  • SEO brendinizin rəqabət gücünü artırır
  • SEO satışları artırır
  • SEO uzun müddətdə ödənişli reklamlardan olan asılılığı azaldır

SEO necə işləyir?

SEO nədir sualını mümkün qədər cavabladıq. İndi isə SEO necə işləyir bilmək lazımdır.

SEO-nun necə işlədiyini bilmək üçün axtarış motorlarının işləmə prinsiplərini bilmək lazımdır.

Axtarış motorlarının alqoritmləri istifadəçilərin axtarış sorğularına ən yaxşı cavabları verə bilmək üçün dizayn olunub.

Axtarış motorlarında 3 təməl proses var. Bunlar tarama (crawling), indeksləmə (indexing) sıralama (ranking) prosesləridir.

seo nədir

Tarama

Axtarış motorları web-də yer alan bütün saytları tapmaq və analiz etmək üçün botlardan istifadə edir. Bu botlar crawler adlanır. Crawler botları müxtəlif yollarla veb saytları taparaq onları analiz edir və tapdığı veb saytların kontekstlərini anlayır.

İndeksləmə

İndeksləmə mərhələsində tapılan və analiz olunan saytlar Google və ya digər axtarış motorlarının məlumat bazasında saxlanılır. İstifadəçi hər hansı bir axtarış etdiyi zaman Google axtarış alqoritmi axtarış sorğusuna (açar sözə) əsasən indeksdəki veb saytlar arasından ən əlaqəli olanları istifadəçiyə yansıdır.

Sıralama

Sıralama mərhələsində artıq müəyyən mövzular üzrə indekslənən veb saytlar arasında keyfiyyət analizi həyata keçirdilir. Bu analizin nəticəsində Google alqoritmi hansı saytın müəyyən sorğu üzrə daha yüksək sıralarda görünəcəyinə qərar verir.

Axtarışda İlk Sırada Çıxmaq Üçün Ən Vacib Google Sıralama Faktorları

Axtarış nəticələrində ilk sırada çıxmaq istəyənlər Google sıralama faktorları haqqında məlumat sahibi olmalıdırlar. İndi bəhs edəcəyimiz faktorlar SEO prosesi zamanı nələrə fokuslanmaq lazım olduğu barədə sizə fikirlər qazandıracaq.

Açar söz istifadəsi

Açar sözlər axtarış edərkən istifadə olunan sözlərdir. Veb saytınız istifadəçi sorğuları, yəni açar sözlər üzrə SEO optimizasiya olunmayıbsa, bu SEO cəhətdən problem yarada bilər. Saytınızın istifadəçi axtarışlarını qarşılaya biləcək səviyyədə olması üçün saytı istifadəçi sorğularına yönəlik optimizasiya etmək lazımdır.

Açar sözləri məzmun daxilində işlətmək, səhifə-daxili SEO prosesində doğru açar söz araşdırması etmək, səhifə və URL strukturlarını bu açar sözlər üzrə dizayn hədəflənən açar sözlər üzrə axtarış nəticələrində ilk sırada çıxmağınıza kömək edə bilər.

Məzmun keyfiyyəti

Məzmunun keyfiyyətli, oxucunun diqqətini çəkən, açar sözlər cəhətdən zəngin, SEO uyğunluq baxımından isə yüksək səviyyədə olması SEO-da vacib bir sıralama faktorudur. Lakin burada qeyd etməli olduğumuz bir məqam var ki, məzmununuz istifadəçi niyyətini qarşılamırsa, məzmun nə qədər keyfiyyətli və SEO cəhətdən optimizasiya olunmuş olur olsun, axtarış nəticələrində gözlənilən performansı göstərməyəcək. İstifadəçi niyyəti dediyimiz zaman isə, istifadəçinin axtarış niyyətinə uyğun məzmunu təqdim etməkdən söhbət gedir. Yəni, bir insan 101 qızıl gül axtarırsa, siz saytınızda 101 qızıl gül faydaları, növləri kimi məzmunlar yerinə daha çox satış yönlü səhifələr yaratmalı və məzmunu da bu istiqamətdə inkişaf etdirməlisiniz.

Məzmun keyfiyyətinə təsir göstərən digər faktorlar arasında məzmun uzunluğu, cümlələrin uzunluğu, H etiketlərinin istifadəsi, paraqraf sayısı, məzmunun oxunula bilənliyi, məzmunun yazılma tərzi kimi faktorları saya bilərik.

TF-IDF nisbəti

TF IDF

TF-IDF nisbəti əsas açar sözün məzmun içərisində istifadə olunma sıxlığıdır. SEO dünyasında istifadə olunan sadə açar söz sıxlığı ifadəsindən fərqli olaraq TF-IDF nisbətində məzmun içərisində keçən və, hə, yox, da-də, dan-dən kimi sözlər və şəkilçilər hesab düsturuna əlavə olunmur. TF-IDF nisbəti hər hansı bir açar sözün əlaqəli bir səhifədə neçə dəfə istifadə olunduğunun dəyərləndirilməsi ilə tapılır.

Başlıq içərisindəki açar sözlər

Heading yəni başlıq etiketləri (və ya H etiketləri) SEO-da olduqca önəmli bir mövzudur. Məzmun içərisində H etiketləri məzmunun asan oxunulmasını təmin edir. Başlıq etiketləri eyni zamanda Google alqoritminin səhifənin kontekstini anlamaq üçün dəyərləndirdiyi elementlər arasında yer alır. Siz başlıq etiketlərində açar söz istifadə etdiyiniz zaman Google alqoritminə həmin səhifədə hansı açar sözü hədəfləmək istədiyinizi demiş olursunuz.

Meta məlumatlar içərisindəki açar sözlər

Meta başlıq meta açıqlamalar səhifədə hansı açar sözü hədəfləmək istədiyimizi Google alqoritminə göstərmək üçün ən yaxşı yerlərdir. Meta məlumatlarda əsas açar sözü və əlaqəli açar sözləri keçirmək səhifənin Google axtarış nəticələrindəki sıralamasına təsir edir.

Backlinklər

Backlinklər bir saytdan başqa sayta verilən linklərdir. Bu linklər bir növ istinad rolu oynayır və bir saytın başqa bir sayt ilə öz gücünü (domen gücünü) paylaşmasına səbəb olur. Google üçün backlinklər ən vacib sıralama faktorudur. Saytınızın güclü saytlardan çox sayıda backlink alması, saytın SEO performansına birbaşa təsir göstərir.

HTTPS (SSL) istifadəsi

SSL Google alqoritmi üçün ən vacib sıralama faktrlarından biridir. SSL sertifikatı bir veb saytın təhlükəsizliyini göstərən bir sertifikatdır. Google alqoritmi SSL sertifikatına sahib saytların sıralamasını hər zaman daha yüksək tutmaqdadır.

Digər Sıralama Faktorları

Bura qədər qeyd etdiyimiz sıralama faktorları Google alqoritminin diqqətə aldığı bəzi faktorlardır. Bununla yanaşı Google alqoritminin bir veb saytın axtarışda neçənci sırada yer alacağına qərar verərkən 2000-dən çox sıralama faktorunu hesabladığına yönəlik məlumatlar mövcuddur. Google alqoritminin diqqətə aldığı sıralama faktorlarından bəziləri:

  • Saytın mobil uyğunluğu
  • Saytın sürəti
  • Daxili linklər
  • Domen adı
  • Domen yaşı
  • Anchor mətnlər
  • Tarama büdcəsi
  • Səhifə təcrübəsi və ya istifadəçi təcrübəsi

SEO Növləri

SEO əsasən 3 istiqamətə ayrılır. Bu istiqamətlər səhifə-daxili SEO, səhifə-xarici SEO texniki SEO-dur.

Səhifə-daxili SEO

Səhifə-daxili SEO saytın görünən üzündə aparılan SEO optimizasiya işləridir. Səhifə-daxili SEO optimizasiya prosesində əsasən açar söz istifadəsi və məzmunlar böyük rol oynasa da, SEO üçün çox vacib olan başqa səhifə-daxili elementlər də mövcuddur. Bunlar:

  • URL strukturu
  • Məzmunlar
  • Meta məlumatlar
  • Mövzu başlıqları
  • Şəkil optimizasiyası
  • Alt-mətnlər
  • Daxili linkləmələr
  • E-E-A-T

Bütün bu punktlar səhifə-daxili SEO optimizasiyası prosesində diqqətə alınmalı olan elementlərdir.

Səhifə-xarici SEO

Saytın Google axtarışlarında ilk sıralarda görünməsi üçün sadəcə sayt daxilində edilən optimizasiya addımları yetərli deyil. Səhifə-xarici SEO adlandırılan, saytın xaricində aparılan SEO optimizasiya işlərinin saytın ümumi SEO performansında rolu böyükdür.

Səhifə-xarici SEO dedikdə əsasən backlinklər, yəni bir saytdan başqa sayta verilən linklər nəzərdə tutulur. Bir saytın backlink profili, aldığı backlink sayı və gələn backlinklərin keyfiyyəti ilə ölçülür. Əgər bir sayt əlaqəli, yüksək trafik alan və SEO cəhətdən optimizasiya olunmuş saytlardan gələn backlinklərə sahibdirsə, bu birbaşa olaraq saytın Google axtarış nəticələrindəki performansına müsbət təsir göstərir.

Backlinklərlə yanaşı sosial media profillərinin yaradılması, biznesin kataloq saytlarda qeydiyyatının aparılması, sosial media şəbəkələrindəki aktivlik də səhifə-xarici SEO optimizasiyasına təsir göstərir.

Texniki SEO

Texniki SEO veb saytın texniki tərəflərinin SEO cəhətdən optimizasiya olunması ilə edilir. Əgər bir veb sayt texniki cəhətdən problemlidirsə, bu problemlər mütləqdir ki, saytın SEO performansına təsir edəcək. SEO optimizasiya prosesində ən çox diqqətə alınan texniki problemlər:

  • Kopya məzmun problemi
  • Yanlış qurulmuş URL strukturu
  • Xətalı və ya işləməyən səhifələr
  • Tarama büdcəsinin doğru istifadəsinə əngəl olan problemlər
  • Saytın mobil istifadəyə uyğun olmaması
  • Kod strukturunda yer alan problemlər

Adı çəkilən və çəkilməyən bir çox problem texniki SEO-nun əhatə dairəsinə girir. SEO optimizasiya prosesinin əvvəlində bütün bu problemləri həll etmək və sonrasında səhifə-daxili və səhifə-xarici SEO optimizasiyaya yönəlmək tövsiyyə olunandır.

SEO-nun Rəqəmsal Marketinqdə Rolu

SEO nədir sualını mümkün qədər cavabladığımıza görə, SEO-nun rəqəmsal marketinqdəki roluna keçid edə bilərik.

SEO rəqəmsal marketinq fəaliyyətlərinizə böyük töhfə verir. SEO-nun əsas faydaları arasında veb sayta ödənişsiz trafik çəkmək, Google axtarışlarında ilk sırada görünmək, satışları artırmaq, brendinqi gücləndirmək və rəqabət üstünlüyü əldə etmək yer alır. Əgər rəqəmsal marketinq fəaliyyətlərinizdə uğurlu olmaq istəyirsinizsə, SEO-dan mütləq faydalanmalısınız.

SEO-dan faydalanmağın ən yaxşı yolu isə, peşəkar SEO agentliyi ilə əməkdaşlıq etməkdir. Biz AdVision olaraq sizə keyfiyyətli və nəticə yönümlü SEO xidməti təklif edirik. Xidmətimizlə bağlı daha detallı məlumat almaq üçün SEO xidməti səhifəmizi ziyarət edə bilərsiniz.

SEO ödənişlidir?

Xeyr. SEO ödənişsiz bir rəqəmsal marketinq strategiyasıdır. Siz SEM-dən fərqli olaraq SEO-da ziyarət başına ödəmə etmirsiniz.

Backlink bir saytdan başqa sayta verilən keçidlərdir. Google backlinkləri vacib bir sıralama faktoru olaraq görür. Bir saytın nə qədər çox keyfiyyətli backlinki varsa, Google axtarış nəticələrində bir o qədər yaxşı performans göstərəcək.

SEO kodlaşdırma tələb edir?

SEO əsasən kodlaşdırma tələb etməsə də, HTML və CSS bilmək SEO prosesində sizə kömək edər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir