Texniki SEO

Texniki SEO veb saytın axtarış alqoritmlərinin kriteriyalarını qarşılaması üçün aparılan texniki optimallaşdırma işlərinə deyilir. Saytın güclü texniki struktura malik olması görülən SEO işlərinin effektivliyini artırır. Texniki SEO sayt sürəti, URL strukturu, Schema əlavələri, hreflang etiketləri kimi bir çox faktorun optimallaşdırılmasını ehtiva edir.

Bu yazıda siz texniki SEO haqqında detallı məlumat tapa bilərsiniz.

Texniki SEO, SEO optimizasiya prosesinin ən vacib parçalarından biridir. Saytın On-Page (səhifə daxili) SEO optimizasiyası hər nə qədər yaxşı olsa da, bəzən elə texniki xətalar meydana gəlir ki, bu xətalar saytın axtarış nəticələrində görünməsinin qarşısını alır. Texniki SEO məhz bu texniki xətaların aşkarlanaraq aradan qaldırılması üçün görülən işlərə deyilir.

Saytınızda mövcud olan çox kiçik bir xəta, saytınızın axtarış nəticələrində görünməsinə mane ola bilər.

texniki seo

Texniki SEO üçün görülən işlər nələrdir?

Texniki SEO optimallaşdırma zamanı biz aşağıdakı təkmilləşdirmələri həyata keçiririk:

  1. Sayt sürətinin artırılması
  2. Saytın mobil uyğunluğunun analiz edilməsi
  3. URL strukturunun yaxşılaşdırılması
  4. Robots.txt faylının hazırlanması
  5. Hreflang etiketlərinin quraşdırılması
  6. Sayta Schema əlavələrinin quraşdırılması
  7. 404 xətalarına nəzarət
  8. 301 yönləndirmələrə nəzarət
  9. Log analizi
  10. Dublikat məzmunların tapılması və həlli

Hər bir təkmilləşdirmə haqqında məlumat almaq üçün oxumağa davam edin.

Sayt sürətinin artırılması

Sayt sürəti Google axtarış motoru üçün vacib bir sıralama faktorudur. Texniki SEO optimallaşdırma zamanı biz sayt sürətini artırmaq üçün lazımi tapşırıqları hazırlayırıq.

Saytın mobil uyğunluğunun analizi

Mobil istifadəyə uyğunluq, Google axtarış motoru üçün vacib bir faktordur. Biz saytların mobil istifadəyə uyğunluğunu analiz edirik.

URL strukturunun yaxşılaşdırılması

SEO dostu URL strukturu daha yaxşı SEO performansı üçün vacibdir. Saytınızın URL strukturunu SEO-ya uyğun formada təkmilləşdiririk.

Hreflang etiketlərinin quraşdırılması

Çoxdilli saytlarda hreflang etiketləri çox vacibdir. Doğru hreflang etiketi istifadəsi, SEO performansına müsbət təsir edir. Biz də bu səbəbdən çoxdilli saytlarda hreflang etiketlərinin quraşdırılmasını həyata keçiririk.

Schema kodların quraşdırılması

Schema kodları, sayt və ya saytdakı hər hansı bir səhifə ilə bağlı məlumatlar ehtiva edən mikro kodlardır. Doğru Schema istifadəsi, SEO performansına müsbət təsir edə bilər.

404 xətalarına nəzarət

Əgər saytınızda çox sayıda 404 xətası göstərən işləməyən səhifə varsa, bu SEO performansınıza ziyan vura bilər. Biz saytınızı detallı audit edərək işləməyən səhifələri SEO-ya uyğun formada aradan qaldırırıq.

301 yönləndirmələrinə nəzarət

301 yönləndirmələri bir səhifənin başqa bir səhifəyə yönləndirilməsini ifadə edir. Bu yönləndirmələr düzgün edilmədiyi təqdirdə SEO performansında düşüşlərə səbəb ola bilər. Biz bu yönləndirmələrə nəzarət edərək onların SEO uyğunluğunu təmin edirik.

Dublikat məzmunların tapılması və həlli

Dublikat və ya kopya məzmunlar SEO performansına ən çox ziyan vuran faktorlardandır. Biz bu məzmunların SEO kriteriyalarına uyğun formada saytdan təmizlənməsini təmin edirik.

Texniki SEO lazımdır?

Əgər saytınızın texniki SEO optimallaşdırmaya ehtiyacı varsa, bizə müraciət edə bilərsiniz. Saytınızın texniki SEO-ya ehtiyacı olub olmadığını bilmirsinizsə, bizə müraciət edərək bunu öyrənə bilərsiniz.

Biz sizə peşəkar SEO optimallaşdırma təklif edirik ki, bu xidmət ilə siz saytınızın Google axtarışlarında yüksək sıralarda görünməsini təmin edə bilərsiniz.

Mobil: +994 51 797 78 58

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir